“Rospotrebnadzor” “Cermuk” mineral suyunun Rusiyaya idxalını və dövriyyəsini dayandırıb

2026/05/1779468887.jpg
Oxunub: 380     20:43     22 May 2026    
“Rospotrebnadzor” “Cermuk” mineral suyunun bütün partiyalarının Rusiyaya idxalını və dövriyyəsini müvəqqəti dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi qurumun açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, qərar müvəqqəti sanitariya tədbiri çərçivəsində qəbul edilib.

Qurum bildirib ki, “Cermuk” mineral suyunun məhsul etiketində göstərilən məlumatlar faktiki göstəricilərlə uyğun gəlmir.

Açıqlamada qeyd olunub ki, məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçıların yanlış məlumatlandırılması səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər.

“Rospotrebnadzor” məsələ ilə bağlı Avrasiya İqtisadi Komissiyasına və Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin səlahiyyətli qurumlarına da bildiriş göndərib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rospotrebnadzor   Cermuk  


Bizi "telegram"da izləyin