Rusiya baş nazir müavini: “Paşinyanın AİB sammitinə qatılmaması onun prioritetlərini göstərir”

2026/05/1779456546.jpg
Oxunub: 343     17:25     22 May 2026    
“Nikol Paşinyan Qazaxıstana getməmək qərarı ilə siyasi siqnal verib”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyinin Qazaxıstanda keçiriləcək sammitinə qatılmamaq qərarı müəyyən mesaj xarakteri daşıyır.

“Onun orada olmayacağı faktının özü artıq onun prioritetlərini necə müəyyənləşdirdiyinə dair müəyyən siqnaldır”, - deyə Overçuk bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin