Ordu.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan rəsmi bağlanış mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın yenidənqurma prosesi, davamlı sülhün təmin olunması və işğal nəticəsində dağıdılmış ərazilərin bərpası forum çərçivəsində geniş şəkildə nümayiş etdiriib:
"Mərkəzləşdirilməmiş idarəetmə mexanizmlərinin formalaşdırılması, fəlakətlər, risklər, su və enerji məsələləri bu gün sistemli yanaşma və əlaqələndirmə tələb edir. Bütün bu istiqamətlər şəhərsalma gündəliyində yenilənmiş şəkildə öz əksini tapır. Dayanıqlı inkişaf və şəhərsalmanın inkişafı xüsusi diqqətdə saxlanılır. Şəhərlər hər bir vətəndaş, gənclər, uşaqlar, qadınlar və digər sosial qruplar üçün əlçatan və inklüziv olmalıdır.
Biz yeni şəhərsalma gündəliyini qəbul etmişik və həll yolları ayrı-ayrılıqda nümayiş etdirilib. Təqdim olunan hesabatlar qarşılıqlı inamın, etibarın və əməkdaşlığın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır", o qeyd edib.
Ordu.az