Ordu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed WUF13-ün yekun mətbuat konfransında bildirib.
"Azərbaycanın öz ərazilərini bərpa etməsi və dayanıqlı sülh və inkişafı təmin etməsi infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın üzə çıxarılmasına nümunə kimi xidmət edir", - Mohammed bildirib.
Onun sözlərinə görə, dünyanın iqlim sarsıntıları və münaqişələrdən tutmuş bərabərsizlik və mənzillərin əlçatanlığı problemlərinə qədər bir-biri ilə kəsişən böhranlarla, eləcə də dövlətlərin əlçatan mənzilə, dayanıqlı infrastruktura və baza xidmətlərinə sərmayə qoymaq imkanlarını məhdudlaşdıran artan borc təzyiqi ilə üzləşdiyi bir şəraitdə forum çoxtərəfli əməkdaşlığın, çoxsəviyyəli idarəetmənin və yerli fəaliyyətlərin xüsusi əhəmiyyətini nümayiş etdirib.
Ordu.az