Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Bu forumda gələcəyin əməkdaşlığının təməli atılıb. Tədbir çərçivəsində 400-dən çox spiker çıxış edib. Onların 60-ı Azərbaycandan olub", -deyə o qeyd edib.
Sədr əlavə edib ki, WUF13 Forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib: "WUF13-ün digər mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə keçirilən və "Yeni Şəhərsalma Gündəliyi"nin icrasının nəzərdən keçirildiyi yenidən formatlaşdırılmış nazirlər görüşü olub. İştirakçı 111 ölkədən 80-i nazir və nazir müavini səviyyəsində, qalanları isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində təmsil olunub".
Ordu.az