Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi milli statistika xidmətlərinin məlumatlarını araşdıraraq məlumat yayıb.
“Rosselxoznadzor” mayın 22-dən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Qurumun açıqlamasına görə, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq məqsədilə qəbul olunub.
2025-ci ildə İrəvan gül ixracından 49,1 milyon dollar gəlir əldə edib ki, bunun 46 milyon dolları Rusiya tədarüklərinin payına düşüb.
Beləliklə, ötən il Rusiya bazarı Ermənistana gül satışından əldə olunan gəlirin 93,8 faizini təmin edib.
Gül ixracının təxminən 5 faizi Gürcüstanın payına düşüb (2,3 milyon dollar), 1 faizi isə Qazaxıstanın payına düşüb (514,9 min dollar).
Digər ölkələr də Ermənistandan az həcmdə gül idxal edib. Bu ölkələr arasında ən böyük göstəricilər BƏƏ-yə (166,7 min dollar) və Belarusa (61,6 min dollar) məxsus olub.
Alpər Mövludoğlu
Ordu.az