Ermənistan parlamenti sədrinin müavini Sankt-Peterburqda MDB PA Şurasının iclasında iştirak edib

2025/10/1760037546.jpg
Oxunub: 314     12:26     22 May 2026    
Ermənistan parlamenti sədrinin müavini Hakob Arşakyan rəhbərlik etdiyi nümayəndə heyətinin Sankt-Peterburqda MDB Parlament Assambleyası Şurasının, plenar iclasların və daimi komissiyaların işində iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə Ermənistanın MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Aleksey Sandikov, Şirak Torosyan və Geğam Nazaryan daxil olub.

“2026-cı il mayın 21-də MDB Parlament Assambleyası Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə keçirilən iclasda müşahidə missiyalarının hesabatları təqdim olunub. Müzakirələr zamanı 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin müşahidəsinə hazırlıq məsələlərinə də toxunulub”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, missiya nümayəndələri dövlət qurumları, parlament qüvvələri, ictimai təşkilatlar və media nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə seçki qanunvericiliyi, seçkiqabağı vəziyyət və seçkilərin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MDB  


Bizi "telegram"da izləyin