İran ordusu: İran əleyhinə sanksiya tətbiq edən ölkələr Hörmüzdə çətinliklərlə üzləşəcəklər

2026/05/1778395522.jpg
Oxunub: 352     10:42     10 May 2026    
Bundan sonra ABŞ-nin ardınca İran İslam Respublikasına qarşı sanksiya tətbiq edən ölkələr Hörmüz boğazından keçərkən mütləq çətinliklərlə üzləşəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” İran ordusunun nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

İran ordusunda qeyd olunub ki, düşmən müharibə şəraitində silahlı qüvvələrin effektiv müqavimət göstərə və döyüş əməliyyatları apara bilməyəcəyini düşünürdü.

“Lakin münaqişənin 40-cı gününə qədər də biz hərbi potensialımızı qoruyub saxladıq, müharibənin gedişini ustalıqla idarə etdik və həm hücum, həm də müdafiə əməliyyatlarını həyata keçirərək müqaviməti davam etdirə bildik. Nəticədə düşmən bu müqaviməti qıra bilmədiyini anladı və atəşkəsə razılaşmağa məcbur oldu.

Biz atəşkəs məsələsində düşmənə heç bir halda etibar etmirik. Bu şəraitdə güclərimizi və imkanlarımızı artırmağa, hədəf bazamızı yeniləməyə, zərurət yaranarsa şəxsi heyətin hazırlığını düzəltməyə və yeniləməyə, müdafiə və hücum mövqelərini yenidən gözdən keçirməyə çalışdıq. Bu dəyişikliklərin bir hissəsi artıq həyata keçirilib, bir hissəsi isə prosesdədir. Həmçinin zəruri yenidən yerləşdirmələr də aparılıb”, - deyə bəyanatda vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin