Rubio İraqın baş naziri ilə Yaxın Şərqdəki vəziyyətin koordinasiyasını müzakirə edib

2026/05/1778395468.jpg
Oxunub: 374     10:39     10 May 2026    
ABŞ Dövlət katibi Marko Rubio mayın 9-da Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tomi Piqqo məlumat yayıb.

“Dövlət katibi bir sıra məsələlər üzrə göstərdiyi tərəfdaşlığa görə Qətərə minnətdarlığını bildirib. Dövlət katibi və xarici işlər naziri həmçinin ABŞ-nin Qətərin müdafiəsinə verdiyi dəstəyi və təhdidlərin qarşısının alınması, eləcə də bütün Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin gücləndirilməsi məqsədilə sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İraq  


Bizi "telegram"da izləyin