Hava təhdidlərinə qarşı MKE-nin lazer silah sistemi tapşırığa hazırdır

2026/05/1778337403.jpg
Oxunub: 614     18:29     09 May 2026    
MKE tərəfindən müasir döyüş sahəsinin dəyişən hava təhdidlərinə qarşı hazırlanan TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminə akustik aşkarlama sistemi və ENFAL-17 raketi ilə yanaşı Lazer Silah Sistemi də inteqrasiya edilib.

Ordu.az xəbər verir ki, SAHA 2026 çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edilən lazer silah sistemi xüsusilə aşağı xərc və sürətli reaksiya tələb edən hədəflərə qarşı fasiləsiz və dəqiq nişanalma imkanı təmin edəcək.

Altında MKE mühəndislərinin imzası olan yeni silah sistemi 20 kW (4x5 kW) fiber lazer gücü yaradaraq hava, quru və dəniz təhdidlərinə qarşı effektiv müdafiə formalaşdıracaq.

Lazer silah sistemi ilə üç fərqli tapşırıq

MKE TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminə tam inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcək lazer silah sistemi havada aşkarlanan təhdidlərə qarşı gözqamaşdırma, qarartma və məhv etmə olmaqla üç fərqli tapşırığı yerinə yetirə biləcək.

4500-2500 metr aralığında təhdid elementinin kamerasını hədəf alaraq müvəqqəti korluq (gözqamaşdırma), 2500-1500 metr aralığında isə daimi korluq (qarartma) yaradacaq sistem 360 dərəcə hərəkət qabiliyyəti sayəsində 1500-100 metr aralığında təhdidlərin gövdəsində dağıntı yaradaraq hədəfləri zərərsizləşdirəcək.

Xətti mühərrik texnologiyası ilə yüksək dəqiqlik

Lazer silah sisteminin yerləşdirildiyi qüllə elektrik enerjisini birbaşa irəli-geri hərəkətə çevirən xətti mühərrik texnologiyası ilə hazırlanıb. Bunun sayəsində aşkarlanan təhdidlər maksimum dəqiqlik, yüksək sürətlənmə və çevikliklə uğurla izlənə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin