Ermənsitan və Fransa prezidentlərinin görüşü baş tutub

2026/05/1777916369.jpg
Oxunub: 406     21:39     04 May 2026    
“Ölkə prezidentinin iqamətgahında Ermənistan prezidenti Vahaqn Xaçaturyanın dövlət səfəri ilə ölkəyə gəlmiş Fransa prezidenti Emmanuel Makronla görüşü baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, prezidentlər siyasi, iqtisadi, müdafiə və təhsil-mədəniyyət sahələrində əməkdaşlıq gündəliyini ətraflı müzakirə edərək konkret nəticələrə yönəlmiş təşəbbüslərin həyata keçirilməsini vacib saydıqlarını bildiriblər.

“Fransa Prezidenti Emmanuel Makron Fransanın Ermənistana dəstəyini davam etdirmək və xüsusilə müdafiə, infrastrukturun inkişafı, süni zəka, yüksək texnologiyalar və kommunikasiya sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiqləyib.

Regional məsələlərə toxunan prezident Vahaqn Xaçaturyan Ermənistanın sülh gündəliyinə sadiq olduğunu, həmçinin bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət, suverenlik və mehriban qonşuluq prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayıb.

Söhbət zamanı parlament diplomatiyasının inkişafı və iki ölkənin parlamentlərində dostluq qruplarının əməkdaşlığının genişləndirilməsi də vacib sayılıb. Tərəflər həmçinin yerli özünüidarəetmə sisteminin möhkəmləndirilməsi və icmaların davamlı inkişafında mühüm rol oynayan desentralizasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə toxunublar.

Görüşün sonunda tərəflər yüksək səviyyəli siyasi dialoqu və səmərəli əməkdaşlığı davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənsitan   Fransa  


Bizi "telegram"da izləyin