Ordu.az xəbər verir ki, bu barədə Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marles bildirib.
Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, yeni obyekt Meriboroda tikiləcək və 2028-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. Qeyd olunub ki, zavod ildə ən azı 15.000 ədəd 155 mm-lik M795 artilleriya mərmisi istehsal edə biləcək və istehsal həcmini daha da artırmaq imkanı olacaq.
Marlesin sözlərinə görə, sursatlar Avstraliya ordusu tərəfindən, o cümlədən "M777A2" yedəkli haubitsa və "AS9 Huntsman" özüyeriyən artilleriya sistemində istifadə olunur.
Layihə milli silah və sursat istehsalının inkişaf etdirilməsi proqramının bir hissəsi olaraq həyata keçirilir. Avstraliya növbəti on il ərzində bu məqsədlər üçün 26-36 milyard Avstraliya dolları ayırmağı planlaşdırır.
Bundan əlavə, Avstraliya hökuməti Thales Australia şirkətinin Benalla zavodundakı 127 mm-lik dəniz sursatı istehsal xəttinin modernləşdirilməsi üçün əlavə 9,2 milyon Avstraliya dolları ayıracaq.
Ordu.az