“CBC News”: Ottava Ermənistanla münasibətlərin daha da möhkəmləndirilməsinə fokuslanmalıdır

2026/05/1777911199.jpg
Oxunub: 421     20:12     04 May 2026    
Ottava Ermənistanla münasibətlərin daha da möhkəmləndirilməsinə diqqət yetirməlidir.

Ordu.az xəbər verir ki, bu barədə “CBC News” nəşrinə danışan regional ekspertlər bildiriblər.

Məlumata görə, Kanadanın baş naziri Mark Karni İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində iştirak edir.

Vindzor Universitetinin beynəlxalq hüquq professoru Kristofer Uoters hesab edir ki, Ermənistanın coğrafi mövqeyi onu Kanada üçün strateji maraq doğuran ölkəyə çevirir.

O bildirib ki, tələbə mübadiləsi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün bütün şərait mövcuddur.

“Kanada mürəkkəb regionda müttəfiq və tərəfdaş əldə etməyin üstünlüklərindən yararlana bilər. Bu region getdikcə daha çox Qərbə, Kanadaya və onun müttəfiqlərinə yönəlir”, - deyə o qeyd edib.

İrəvanda Karni Avropa ölkələrinin liderləri ilə görüşməyi planlaşdırır.

Ekspertlər həmçinin bildirirlər ki, Kanada Ermənistan silahlı qüvvələri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçirə bilər.

Kinqston Kral Hərbi Kollecinin professoru Alan Uaythorn qeyd edib ki, Kanada hərbi təhsil sahəsində Ermənistanla əməkdaşlıq edərək bu sahənin inkişafına töhfə verə bilər.

Bildirilir ki, Ermənistan artıq NATO-nun hərbi təhsil proqramında iştirak edir və Kanada bu əməkdaşlığı daha da dərinləşdirə bilər.

Kalqari Universitetinin professoru Robert Hyubert isə hesab edir ki, Ermənistanın bu sammitə ev sahibliyi etməsi onun Rusiyadan uzaqlaşdığını göstərir.

Onun sözlərinə görə, bu, həm də Moskvaya verilən siyasi siqnaldır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ottava   Kanada   Ermənistan  


Bizi "telegram"da izləyin