Zelenski Ukrayna-Ermənistan hökumətlərarası komissiyasının iclasını Kiyevdə keçirməyi təklif edib

2026/05/1777902598.jpg
Oxunub: 308     18:58     04 May 2026    
Ukrayna prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə təəssüratlarını bölüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında yazıb.

“Ermənistanın baş naziri Nikol Paşinyanla yaxşı görüş keçirdik. Məni Avropa Siyasi Birliyinin sammitinə dəvət etdiyinə görə təşəkkür edirəm. Bu, Ukrayna prezidentinin son 24 ildə Ermənistana ilk səfəridir. Ölkələrimiz arasında aktiv dialoqu yenidən bərpa etməyimiz vacibdir.

Regiondakı vəziyyəti, eləcə də təhlükəsizlik sahəsində çağırış və təhdidləri müzakirə etdik. Mən real sülhə nail olmaq istiqamətində aparılan diplomatik işlər barədə məlumat verdim.

Həmçinin iqtisadi tərəfdaşlığın inkişafı barədə danışdıq. Mən iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bərpasını və növbəti iclasının bu il artıq Kiyevdə keçirilməsini təklif etdim”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Ermənistan  


Bizi "telegram"da izləyin