Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

2026/04/17772-1777275779.jpg
Oxunub: 741     11:38     27 Aprel 2026    
Qəbələdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Ordu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi.

Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonra rəsmi foto çəkdirildi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Çexiya   Azərbaycan  


Bizi "telegram"da izləyin