Tramp həyatı üçün təhlükə barədə: “Bu, təhlükəli peşədir”

2026/04/1777231554.jpg
Oxunub: 411     22:40     26 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp şənbə axşamı jurnalistlərə bildirib ki, özü tədbirin keçirildiyi və atəş səslərinin eşidildiyi hoteldən təxliyə edildikdən sonra Ağ Ev müxbirlərinin illik şam yeməyinin davam etməsini istəyib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Tramp deyib ki, atəş səsləri eşidilən zaman o, “çox uzaqda” olub və şübhəli şəxs “zalın qapılarını sındırmaq üçün yaxın gəlməyib”.

Onun həyatı üçün təhlükələrlə bağlı narahat olub-olmadığı soruşulanda Tramp belə cavab verib: “Bu, təhlükəli peşədir”.

ABŞ prezidenti şübhəlinin fotolarını və hadisə ilə bağlı müşahidə kameralarının görüntülərindən bir hissəni yayımlayıb. O bildirib ki, bu görüntülər “Konstitusiyaya hücum etmiş həmin alçağın qəddarlığını, həmçinin Məxfi xidmətin və hüquq-mühafizə orqanlarının nə qədər sürətli hərəkət etdiyini göstərir”.

Təxliyə yerli vaxtla axşam saat 20:30 radələrində baş verib. Atəş səsləri iştirakçıları qaçmağa və masaların altına gizlənməyə məcbur edib.

Tramp və birinci xanım Melaniya Tramp Məxfi xidmət əməkdaşları tərəfindən səhnədən uzaqlaşdırılıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Allen  


Bizi "telegram"da izləyin