CNN: Tramp təxliyə ediləndən dərhal sonra jurnalistlər gizlənmək əvəzinə reportaj hazırlamağa başladılar

2026/04/1777231411.jpg
Oxunub: 346     23:20     26 Aprel 2026    
ABŞ Məxfi xidmətinin prezident Donald Trampı səhnədən uzaqlaşdırdığını görən Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyi iştirakçıları gözlənildiyi kimi davranıblar və birbaşa yayıma, reportaj hazırlamağa başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ilk bir neçə dəqiqədə “Hilton” otelinin bal zalında informasiya az olub, lakin müxbirlər oteldən kənardakı mənbələrinə zəng edərək və mesaj yazaraq atışmada şübhəli bilinən şəxs barədə detalları hissə-hissə toplayıblar.

Ağ Ev müxbirləri assosiasiyasının prezidenti Veyszya Tszian daha sonra iştirakçılara müraciət edərək deyib: “Mən gördüm ki, siz hamınız reportaj hazırlayırdınız və biz məhz bununla məşğul oluruq. Allaha şükür, hamı təhlükəsizdir və bu axşam buraya toplaşdığınız üçün təşəkkür edirəm”.

Daha sonra Tramp Ağ Evdə tələsik təşkil olunmuş mətbuat konfransı zamanı Tsziana işinə görə təşəkkür edib. CNN-in baş direktoru Mark Tompson əməkdaşlara ünvanladığı məktubda “çətin və qeyri-müəyyən şərait” faktını qeyd edib.

O, aparıcı Volf Blitserə təşəkkür edib və bildirib ki, “o, hadisə zamanı birbaşa yaxınlıqda idi və söhbət Volfdan getdiyi üçün imkan tapdığı anda bu barədə məlumat verməyə başladı”.

Blitserin canlı yayımda verdiyi şahid ifadələri dərhal təsdiqləyib ki, atəşlər bal zalının xaricində açılıb.

“CBS News”un baş redaktoru Bari Vays və prezidenti Tom Sibrovski əməkdaşlara göndərdikləri axşam məktubunda qeyd ediblər: “Təşviş başlayanda elə görünürdü ki, zalda hər şey bir anlıq alt-üst oldu. Lakin bizim jurnalistlər dərhal telefonlarını çıxardılar, xaosa doğru qaçdılar, çəkməyə və zəng etməyə başladılar, yeni gördüklərimizi qeydə almağa və anlamağa çalışdılar”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Allen  


Bizi "telegram"da izləyin