Ordu.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.
ABŞ prezidentinə ehtimal olunan silahlı barədə sual verilib.
Tramp bildirib ki, şübhəlinin otel otağında manifest tapılıb.
“Həmin oğlan xəstədir. Onun manifestini oxuyanda aydın olur ki, o, xristianlara nifrət edir, bu, eyni şeydir. O, xristianlara nifrət edir, bu, həqiqi nifrətdir”, - deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, şübhəlinin ailəsi onunla bağlı narahatlıqlara görə hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışıb.
“Mən istərdim ki, onlar bizə bunun haqqında bir az danışaydılar, amma necə deyərlər, olan olub”, - deyə Tramp şübhəlinin ailəsinin polisə verdiyi məlumatı nəzərdə tutaraq bildirib.
Sevinc Əliyeva
Ordu.az