Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.
“Andrey Belousov danışıqlar zamanı bildirib ki, KXDR Müdafiə Nazirliyi ilə hərbi əməkdaşlığın sabit uzunmüddətli əsaslar üzərinə qurulması barədə razılığa gəliblər. Biz bu il 2027-2031-ci illər dövrü üçün Rusiya-Koreya hərbi qarşılıqlı fəaliyyət planını imzalamağa hazırıq”, - deyə məlumatda qeyd olunub.
Belousov bildirib ki, KXDR lideri ilə görüşmək onun üçün böyük şərəfdir. Rusiya müdafiə naziri Pxenyanda Rusiya nümayəndə heyətinə göstərilən ənənəvi səmimi qəbula görə Kim Çen Ina təşəkkür edib.
Belousovun qiymətləndirməsinə görə, “Rusiya-Koreya dövlətlərarası münasibətləri misli görünməmiş yüksək səviyyədədir”.
“Cari il ikitərəfli təmaslar baxımından bir sıra istiqamətlər üzrə az olmayan dərəcədə zəngin olacağını vəd edir”, - deyə Rusiyanın müdafiə naziri qeyd edib.
Andrey Belousov əlavə edib ki, Rusiya Müdafiə Nazirliyində KXDR liderinin Rusiya hərbi nümayəndə heyətini xarici hərbi əməliyyatlarda koreyalı hərbçilərin döyüş şücaətlərinə həsr olunmuş muzey-xatirə kompleksinin açılışına dəvət etmək qərarı yüksək qiymətləndirilir.
“Bu tarixi hadisədə iştirak etmək bizim üçün böyük şərəf və imtiyazdır”, - deyə Andrey Belousov bildirib.
Sevinc Əliyeva
Ordu.az