Ordu.az xəbər verir ki, bu barədə “NBC News”a administrasiyanın yüksək vəzifəli nümayəndəsi bildirib.
Rəsmi həmin yazıları anti-Tramp əhval-ruhiyyəsinin təzahürü kimi xarakterizə edib və qeyd edib ki, müəllif ehtimal olunan qurbanlar kimi administrasiya rəsmilərini göstərib, otel sakinlərini və ya əməkdaşlarını yox.
Rəsmiyə görə, Allen məktubunda ailəsindən və dostlarından üzr istəyib, bağışlanma gözləmədiyini bildirib.
Rəsmi əlavə edib ki, Allenin bacısı hüquq-mühafizə orqanlarına onun radikal bəyanatlar verməyə meylli olmasından, eləcə də dünyanın problemlərinin həllinə dair planına daim istinad etməsindən danışıb.
O, istintaqa təsdiqləyib ki, Allen iki tapança və ov tüfəngi alıb, lakin rəsmiyə görə, valideynləri onun evdə silah saxladığını bilməyiblər.
Sevinc Əliyeva
Ordu.az