Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Onun sözlərinə görə, şən bir axşam olmalı olan tədbir “prezidentə qarşı sui-qəsd törətməyə və Tramp administrasiyasının mümkün qədər çox yüksək vəzifəli rəsmisini öldürməyə çalışan dəli bir adam tərəfindən dağıdıldı”.
“Mən prezident Tramp və birinci xanımla birlikdə pərdəarxasında idim, bundan sonra Məxfi xidmət bizi sürətlə təhlükəsiz yerə apardı. Prezident Tramp həqiqətən qorxmaz idi, amma dünən axşam dediyi kimi, bu siyasi zorakılığa son qoyulmalıdır”, - deyə Livitt “X” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, silahlı Kaliforniyanın 31 yaşlı sakini Koul Allendir. O, Tramp administrasiyasının üzvlərini güllələmək istədiyini etiraf edib.
Allen həbs olunub və bazar ertəsi məhkəmə qarşısına çıxacaq.
Sevinc Əliyeva
Ordu.az