Trampdan atışmadan sonra ilk açıqlama: "Yaxşı vəziyyətdəyəm"

2026/04/1777179201.jpg
Oxunub: 290     19:54     26 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən atışma zamanı təhlükəsizlik əməkdaşlarının işini yüksək qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

O deyib ki, təhlükəsizlik xidməti əməkdaşları öz vəzifələrinin öhdəsindən çox yaxşı gəliblər.

"Onlar çox yaxşı iş gördülər", - deyə Mariya Bartiromo ABŞ liderinin sözlərini efirdə sitat gətirib.

Tramp həmçinin baş verən hadisədən sonra yaxşı vəziyyətdə olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hadisə  


Bizi "telegram"da izləyin