Starmer Trampla Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə edib

2025/11/1763873138.jpg
Oxunub: 423     18:43     26 Aprel 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin dəftərxanasından bildirilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki böhranın dünya iqtisadiyyatı üçün ciddi mənfi nəticələrini, xüsusən də bütün dünyada enerji daşıyıcılarının qiymətinin artmasını nəzərə alaraq Hörmüz boğazında gəmiçiliyin tezliklə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Bundan başqa, Starmer Trampa Fransa Prezidenti Emmanuel Makronla birgə naviqasiya azadlığının bərpasına yönəlmiş təşəbbüsün həyata keçirilməsinin gedişatı barədə məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starter   Tramp  


Bizi "telegram"da izləyin