“Al Jazeera”: Pakistanda İran XİN rəhbərinin İslamabada qayıdışını gözləyirlər

2026/03/1773660373.jpg
Oxunub: 370     16:49     26 Aprel 2026    
Pakistanlı rəsmilər vurğulayırlar ki, İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabada gözlənilən qayıdışı prosesin bir hissəsidir. Başqa sözlə, söhbət heç vaxt danışıqların iflasından getməyib, əksinə, incə diplomatik prosesin davamından gedib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.

“Bizə məlum olan budur ki, İranın xarici işlər naziri İslamabaddan ayrıldıqdan sonra Omana gedib və orada çox yüksək səviyyəli məsləhətləşmələrdə iştirak edib. Həmin müzakirələrin nəticəsində o, bazar günü İslamabada qayıtmalıdır, hər halda, belə gözlənilir”, - deyə media orqanı qeyd edib.

Pakistanlı rəsmilər telekanala bildiriblər ki, bazar ertəsi İranın xarici işlər naziri böyük ehtimalla yenidən Pakistanın baş naziri, eləcə də quru qoşunlarının baş komandanı ilə görüşəcək.

“Al Jazeera”nın vurğuladığı kimi, bu, ümidverici əlamət kimi qəbul olunur. Yəni onlar ümid edirlər ki, bu, həqiqətən prosesin mərhələli addımlarından biri olacaq və irəliləyişə gətirib çıxaracaq.

Xatırladaq ki, Abbas Əraqçi ABŞ ilə danışıqlar aparmadan Pakistandan ayrılmışdı.

ABŞ prezidenti Donald Tramp isə öz növbəsində xüsusi elçilərinin İslamabada səfərini ləğv etdiyini bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin