İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, eləcə də Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığı aparıb.
Ordu.az xəbər verir ki, bu barədə “Tasnim News Agency” məlumat yayıb.
Bildirilib ki, tərəflər regional vəziyyəti və atəşkəs rejimi ilə bağlı məsələləri müzakirə ediblər.
Həmçinin qeyd olunub ki, Əraqçi ayrıca olaraq İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani ilə də danışıq aparıb və bu söhbət zamanı regiondakı vəziyyətin inkişafı müzakirə olunub.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Pakistan
İraq