Tramp jurnalistlərin İran münaqişəsinin həll müddətləri ilə bağlı sualına sərt cavab verib

2026/04/1777008275.jpg
Oxunub: 390     13:46     24 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp jurnalistlərin İran ətrafındakı münaqişənin həlli müddətləri ilə bağlı suallarına sərt reaksiya göstərərək qərar qəbulunda tələsmək niyyətində olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Məni tələsdirməyin... Hər məqalədə yazırlar ki, Trampın vaxtı qurtarır, bu belə deyil. Bilirsiniz kimin vaxtı qurtarır? Onların”, - deyə o bildirib.

Bundan əvvəl Tramp Ağ Evin münaqişəni mümkün qədər tez başa çatdırmağa çalışdığı barədə xəbərlərə görə ABŞ mediasını da tənqid etmişdi.

Onun sözlərinə görə, Tehranla mümkün razılaşma yalnız bu, ABŞ, onun müttəfiqləri və “bütün dünya” üçün sərfəli olduğu zaman əldə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin