WSJ: ABŞ HDQ-nin keçmiş rəhbəri Trampı onu vəzifədən azad etməməyə inandırmağa çalışıb

2026/04/1776918126.jpg
Oxunub: 266     13:09     24 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş rəhbəri Con Felan yaxınlaşan vəzifədən kənarlaşdırılması barədə məlumat aldıqdan sonra postunu saxlamağa çalışıb və Donald Trampla görüşmək istəyib.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Felan prezidentlə şəxsən danışmaq üçün bir neçə zəng edib və sonda vəzifəsində qalmağa icazə verilməsini xahiş edib. Lakin Tramp Pentaqon rəhbəri Pit Heqsetin onu işdən çıxarmaq qərarını dəstəkləyib.

Nəşrin məlumatına görə, vəzifədən uzaqlaşdırılmanın səbəbi Felanın administrasiyanın gəmiqayırma proqramlarını kifayət qədər sürətlə həyata keçirməməsi ilə bağlı narazılıq olub. Pentaqon Hərbi Dəniz Qüvvələrinin rəhbərliyini dəyişməyi zəruri hesab edib.

Nazirliyin nümayəndəsi aprelin 22-də Felanın istefasını rəsmən elan edib və bildirib ki, qərar dərhal qüvvəyə minir. Onun müavini Hanq Kao müvəqqəti əvəzləyici təyin olunub.

Eyni zamanda, “Axios”un məlumatına görə, Heqsetlə fikir ayrılıqları da istefanın səbəblərindən biri ola bilər. Mənbələr iddia edir ki, Felan birbaşa prezidentə məruzə edib və bu, komandanlıq tabeliyinin pozulması kimi qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Felan   Tramp  


Bizi "telegram"da izləyin