Tramp İrana qarşı nüvə silahından istifadəni istisna edib

2026/04/1777000451.jpg
Oxunub: 638     01:21     24 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp cümə axşamı birmənalı şəkildə bəyan edib ki, İrana qarşı nüvə silahından istifadə etməyəcək. O, Oval kabinetdə jurnalistlərin sualını cavablandırarkən bu fikri rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Nüvə silahının yerləşdirilməsi ehtimalını nəzərdən keçirib-keçirmədiyi barədə suala Tramp birbaşa “Xeyr” cavabını verib.

“Niyə belə axmaq sual verirsiniz? Mən niyə nüvə silahından istifadə etməliyəm?” - deyə Tramp bildirib.

Bununla yanaşı, o iddia edib ki, ABŞ artıq nüvə zərbəsi olmadan İranı “məhv edib”.

Telekanal qeyd edir ki, Trampın iki həftə əvvəl “əgər İran razılaşma bağlamasa, bu gecə bütöv bir sivilizasiya məhv olacaq” sözləri bəzi tənqidçilərini onun nüvə zərbəsini nəzərdə tutub-tutmadığını açıq şəkildə müzakirə etməyə vadar etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin