Tramp bildirib ki, ABŞ HDQ-nin istefada olan nazirinin administrasiyasına qayıtmasını istəyərdi

2026/04/1775540561.jpg
Oxunub: 521     23:52     23 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hərbi Dəniz Qüvvələrinin istefada olan naziri Con Felanın yenidən onun administrasiyasına qayıtmasını istəyərdi.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Trampın sözlərinə görə, Felan onun “köhnə dostudur” və “çox uğurlu biznesmendir”.

“Con mənim administrasiyama “yuxulu” Co Baydenin sürətlə tükənən və demək olar ki, tərk edilmiş hərbi dəniz donanmasını bərpa etməyə kömək edirdi. İndi isə Conun və sevgi ilə, yorulmadan iştirak edən bütün Böyük kişi və qadınların sayəsində bu gün etibarilə dünyanın ən güclü hərbi dəniz donanmasına malikik. Con Felan ağıllıdır, sərtdir və hamının hörmətini qazanıb. O, Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini tərk etmək qərarı versə də, gördüyü işi çox yüksək qiymətləndirirəm və şübhəsiz ki, gələcəkdə nə vaxtsa Tramp administrasiyasına qayıtmasını istərdim. ABŞ-yə göstərdiyi xidmətə görə Cona xüsusi təşəkkür edirəm”, - deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   HDQ  


Bizi "telegram"da izləyin