Tramp: “Müharibə Nazirliyi çox tezliklə UNO-larla bağlı çox maraqlı sənədlər açıqlayacaq”

2025/12/1765691743.jpg
Oxunub: 529     07:46     18 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Müharibə Nazirliyi çox tezliklə Uçan Naməlum Obyektlərlə (UNO) bağlı “çox maraqlı sənədlər” açıqlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Xatırladığınız kimi, mən yaxınlarda müdafiə nazirinə tapşırmışdım... UNO-lar və anlaşılmaz hava hadisələri ilə bağlı hökumət fayllarının açıqlanmasına başlasın”, - deyə Tramp Feniks şəhərində “Turning Point USA” tədbiri zamanı bildirib.

O, həmçinin qeyd edib: “Bu proses yaxşı irəliləyir və deməliyəm ki, biz çox maraqlı sənədlər tapmışıq, ilk açıqlamalar isə çox tezliklə başlayacaq”.

Trampın açıqlaması Kapitoli təpəsindən naməlum hava hadisələri ilə bağlı faylların açıqlanmasına təzyiqlərin artdığı bir vaxtda səslənib.

Tramp bu hadisələrin yadplanetli mənşəli olub-olmadığını düşünüb-düşünmədiyini deməyib.

Fevral ayında ABŞ prezidenti bildirmişdi ki, müharibə naziri Pit Heqsetə və digər rəsmilərə “yadplanetlilər və yadplanetli həyat” ilə bağlı hökumət sənədlərinə yenidən baxmağa başlamağı tapşırıb.

Bir neçə gün əvvəl ABŞ-nin sabiq prezidenti Barak Obama podkastda yadplanetlilərin real olduğunu demişdi.

Çıxışından sonra Obama dəqiqləşdirib ki, o, “orada həyatın olması ehtimalı böyükdür” fikrini nəzərdə tutub və Ağ Evdə olduğu dövrdə yadplanetli həyatın sübutlarını əslində görməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   UNO  


Bizi "telegram"da izləyin