ABŞ Almaniyaya 12 mlrd dollarlıq hərbi texnikanın satışını təsdiqləyib

2026/03/1774464934.jpg
Oxunub: 402     03:30     18 Aprel 2026    
ABŞ Dövlət Departamenti Almaniyaya bir neçə növ hərbi texnikanın, o cümlədən radar izləmə stansiyalarının, dənizdən işə salınan MK-41 raket buraxılışı sistemlərinin, naviqasiya və radioelektron mübarizə sistemlərinin ümumi dəyəri 11,9 milyard dollar olan satışını təsdiqləyib.

Ordu.az-ın xəbərinə görə, Dövlət Departamentinin Mətbuat xidməti bu barədə məlumat yayıb.

Qurum qeyd edib ki, əsasən elektronika və donanmanın silahlanmasını əhatə edən bu müqavilə Almaniyanın Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün qüvvə kimi təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Müqavilənin əsas podratçıları "Lockheed Martin" və RTX şirkətləri olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya  


Bizi "telegram"da izləyin