Tramp İranla razılaşmanı “bir-iki günə” bağlamağı gözləyir

2025/12/1765691743.jpg
Oxunub: 907     21:53     17 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp “Axios”a bildirib ki, amerikalı və iranlı danışıq aparanlar böyük ehtimalla bu həftəsonu görüşəcəklər.

Ordu.az xəbər verir ki, Tramp danışıq aparanların müharibəni dayandırmaq üçün yekun razılaşmaya gələcəyini gözləyir.

“İranlılar görüşmək istəyirlər. Onlar razılığa gəlmək istəyirlər. Düşünürəm ki, görüş böyük ehtimalla bu həftəsonu baş tutacaq. Məncə, biz qarşıdakı bir-iki gün ərzində razılaşmaya gələcəyik”, - deyə o bildirib.

Tramp bəyan edib ki, razılaşma “İsrailin təhlükəsizliyini təmin edəcək”. O vurğulayıb ki, “İsrail müharibədən şərəflə çıxacaq”.

Eyni zamanda, Tramp aydınlaşdırıb ki, cümə axşamı elan edilmiş atəşkəs çərçivəsində İsrailin Livana zərbələrini dayandırmaq istəyir.

Tramp daha əvvəl “Reuters”ə də bildirmişdi ki, ABŞ zənginləşdirilmiş uranın Birləşmiş Ştatlara verilməsi məsələsində İranla əməkdaşlıq edəcək.

“Biz bunu yoluna qoyacağıq. İranla sakit templə işləməyə başlayacağıq, ora enəcəyik və böyük avadanlıqlarla qazmağa başlayacağıq... Biz bütün bunları ABŞ-yə geri qaytaracağıq”, - deyə o bildirib.

Tramp bəyan edib ki, razılığa gəlmək üçün əlavə danışıqlar lazım olacaq və bunlar “yəqin ki, bu həftəsonu” baş tutacaq.

O qeyd edib ki, razılaşma imzalandıqdan sonra İslamabada getməsi “mümkündür”. “Lakin mən hələ belə qərar verməmişəm”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin