Ordu.az xəbər verir ki, bu barədə ordunun 16-cı Ordu Korpusu məlumat yayıb.
“Heç bir mövqe itirilməyib. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri onlara ayrılmış xətləri qoruyur”, - deyə 16-cı Ordu Korpusu bildirib.
Rusiya sərhədindən təxminən 5 kilometr aralıda yerləşən, vaxtilə təxminən 17 min əhalisi olan Xarkov vilayətinin Vovçansk şəhəri son vaxtlar Rusiyanın yenidən hücum cəhdlərinin mərkəzinə çevrilib.
Tammiqyaslı işğalın ilk həftələrində əvvəlcə işğal olunan, daha sonra isə 2022-ci ildə Ukraynanın Xarkov vilayətindəki əks-hücumu zamanı azad edilən Vovçansk, Rusiya 2024-cü ilin mayında sərhədi keçərək hücuma başlayanda Ukraynadakı ən ağır döyüşlərin bir hissəsinin getdiyi yerə çevrilib.
Ardınca gedən döyüş nəticəsində Vovçansk demək olar ki, yerlə-yeksan edilib, lakin bir neçə həftə ərzində Ukrayna qüvvələri hücumu şəhər sərhədləri daxilində dayandırıb və Rusiyanın Xarkova doğru daha dərin irəliləməsinin qarşısını alıb.
Son bir həftə ərzində Rusiya qoşunları Vovçansk ərazisində qüvvə toplayaraq şəhərə nəzarəti ələ keçirməyə və yaxınlıqdakı yaşayış məntəqələrinə doğru irəliləməyə çalışıb.
Onların əsas səyləri Vovça çayını keçmək cəhdlərinə və ətraf ərazilərə daha da irəliləmək üçün onun sol sahilində mövqeləri genişləndirməyə yönəlib, eyni zamanda Vovçanskın cənub hissəsində mövqeləri möhkəmləndirməyə çalışıblar.
Bu səylərin bir hissəsi olaraq Rusiya qoşunları ərazidə mühəndis-kəşfiyyat missiyası həyata keçirməyə cəhd edib. 16-cı Ordu Korpusunun məlumatına görə, Ukrayna qüvvələri FPV pilotsuz uçuş aparatı ilə IMR-2 mühəndis maşınını və UAZ avtomobilini məhv edib.
Sevinc Əliyeva
Ordu.az