Fransa kəşfiyyat qurumu xarici proqram təminatlarının təhlükəsizlik risklərinə görə şirkətləri xəbərdar edib

2026/04/1776447393.jpg
Oxunub: 618     21:31     17 Aprel 2026    
Fransanın Daxili Kəşfiyyat Xidməti (DGSI) beynəlxalq fəaliyyət göstərən Fransa şirkətlərini istifadə etdikləri xarici proqram təminatlarının yarada biləcəyi təhlükəsizlik risklərinə qarşı xəbərdar edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

DGSI tərəfindən yayımlanan hesabatda Fransa şirkətlərinin istifadə etdikləri proqram təminatlarının yarada biləcəyi təhlükələri görməzdən gəldiyi bildirilib.

Hesabatda qeyd olunub ki, beynəlxalq fəaliyyət göstərən Fransa şirkətlərinin məhsullarını ixrac etmək məqsədilə istifadə etməyə başladığı tətbiqlər həmin şirkətlərin onlayn şəbəkələrində təhlükəsizlik boşluğu yarada bilir.

Şirkət əməkdaşları tərəfindən rabitə və ödəniş üçün istifadə olunan tətbiqlərin də kiberhücumlara yol aça biləcəyi xatırladılan hesabatda Fransa şirkətlərindən xarici proqram təminatlarının istifadəsinə məhdudiyyət qoymaları və yerli istehsal tətbiqlərə üstünlük vermələri istənilib.

Bundan əlavə, hesabatda onlayn mühitdəki təhdidlərə qarşı şirkətlərin təhlükəsizlik tədbirlərini gücləndirməsinin vacibliyi bildirilib.

Son dövrlərdə şirkətlərlə yanaşı Avropa hökumətləri də xarici mesajlaşma tətbiqlərinin yaratdığı təhlükəsizlik boşluqlarına qarşı “məlumat suverenliyi”ni təmin etmək üçün yerli tətbiqlər hazırlayaraq xüsusilə hökumət rəsmiləri və dövlət qulluqçuları arasında bu tətbiqlərin istifadəsini təşviq edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Xəbərdarlıq  


Bizi "telegram"da izləyin