“NATO-dan mənə zəng etdilər və yardım təklif etdilər, amma mən onlara uzaq durmağı dedim” - Tramp

2026/04/1776440207.jpg
Oxunub: 684     19:36     17 Aprel 2026    
“İndi Hörmüz boğazında vəziyyət nizamlandıqdan sonra NATO-dan mənə zəng etdilər və bizə kömək lazım olub-olmadığını soruşdular”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin prezidenti Donald Tramp bildirib.

“Mən onlara dedim ki, yalnız gəmilərini neftlə doldurmaq istəmirlərsə, uzaq dursunlar. Kömək lazım olanda onlar yararsız idilər, kağız pələnglər”, - deyə Tramp qeyd edib.

O, başqa bir paylaşımında Səudiyyə Ərəbistanına, BƏƏ-yə və Qətərə onların “inanılmaz cəsarəti və yardımı” üçün təşəkkür edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   NATO  


Bizi "telegram"da izləyin