Ordu.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"İndi, Hörmüz boğazındakı vəziyyət başa çatdıqdan sonra, NATO-dan mənə zəng edib köməyə ehtiyacımız olub-olmadığını soruşdular. Mən onlara dedim ki, əgər sadəcə olaraq gəmilərini neftlə yükləmək istəmirlərsə, uzaq dursunlar. Lazım olan vaxt onlar faydasız idilər", - Tramp yazıb.
O, həmçinin əlavə edib ki, İran ABŞ-nin dəstəyi ilə Hörmüz boğazındakı bütün dəniz minalarını ya artıq təmizləyib, ya da təmizləməkdədir.
"İran ABŞ-nin dəstəyi ilə bütün dəniz minalarını ya artıq təmizləyib, ya da təmizləməkdədir!", - o qeyd edib.
Ayrı bir paylaşımında o, cəsarət və köməyə görə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə təşəkkür edib.
Ordu.az