Tramp iddia edir ki, İran üzərinə hücumla Yaxın Şərqi xilas edib

2026/04/1775582947.jpg
Oxunub: 355     17:41     15 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, ABŞ və İsrailin İrana qarşı hücumu Fars körfəzi ölkələrini Tehranın mümkün nüvə zərbəsindən və sonrakı işğalından xilas edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Onlar bir aya, bəlkə iki həftəyə nüvə silahına malik olacaqdılar və onu İsrailə və Yaxın Şərqə qarşı istifadə edəcəkdilər. Onu bizə qarşı da istifadə edəcəkdilər. Təkcə İsrailə qarşı yox, həm də Qətərə, Səudiyyə Ərəbistanına, BƏƏ-yə qarşı... bütün bu ölkələr hücuma məruz qaldıqda şoka düşəcəkdilər. Bu ölkələr hücum gözləmirdi, amma onlar [İran] bu ölkələri hədəfə almışdılar. Onlar bütün Yaxın Şərqi ələ keçirmək istəyirdilər və biz onları dayandırdıq”, - deyə Tramp “Fox News”a müsahibəsində bildirib.

Tramp həmçinin keçmiş Prezident Barak Obamanı Tehranla bağlanmış razılaşmanı “tarixin ən pis razılaşması”na çevirməkdə ittiham edib və bunun İranın nüvə silahı əldə etməsi üçün zəmin yaratdığını deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin