Oman: ABŞ-İran münaqişəsindən sonra Hörmüz boğazında tranzit rejimi dəyişə bilər

2026/06/1782384635.jpg
Oxunub: 189     21:44     26 İyun 2026    
Oman hakimiyyəti Avropadakı müttəfiqlərinə bildirib ki, ABŞ ilə İran arasında baş vermiş silahlı qarşıdurmadan sonra Hörmüz boğazından gəmilərin keçidi üzrə əvvəlki rejimin bərpa olunması çətin görünür.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, avropalı rəsmilərə bildirilib ki, boğaz artıq müharibədən əvvəlki status-kvoya qayıtmayacaq və buradan keçən gəmilər əlavə ödənişlər etməli ola bilərlər.

Oman tərəfi dəqiqləşdirib ki, ölkə beynəlxalq dəniz hüququnun normalarına əməl etmək niyyətindədir. Bununla yanaşı, gəmiçilik xidmətləri, təhlükəsizliyin təmin edilməsi və ya akvatoriyanın təmizlənməsi üçün əlavə ödənişlərin tətbiqi mümkündür.

Mənbələrin qiymətləndirməsinə görə, belə ödənişlərin tətbiqi satıcılar və təchizatçılar üçün hər il on milyardlarla dollar həcmində əlavə xərclərə səbəb ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   İran  


Bizi "telegram"da izləyin