Ordu.az xəbər verir ki, söhbət “Google”, “Apple”, “Meta” və “Amazon” da daxil olmaqla iri texnologiya şirkətlərindən onlayn reklam, ticarət platformaları və digər rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərə görə tutulması nəzərdə tutulan vergilərdən gedir.
Tramp bildirib ki, belə tədbirlər qəbul ediləcəyi təqdirdə rəqəmsal xidmət vergisi tətbiq edən istənilən ölkə ABŞ bazarına ixrac etdiyi məhsullara dərhal yüksək gömrük rüsumlarının tətbiqi ilə üzləşəcək.
Sevinc Əliyeva
Ordu.az