Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyan İran Prezidentinin müavininin Ermənistana səfərini alqışlayaraq regionda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu proses bütün regionda münasibətlərin və əməkdaşlığın ardıcıl inkişafına töhfə verəcək.
“Görüşdə Ermənistan-İran sərhəd infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub. Tərəflər ikinci körpünün və yeni terminalın tikintisi, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi və gömrük prosedurları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, birgə yol tikintisi layihələri, kənd təsərrüfatı, dağ-mədən sənayesi, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Görüş zamanı regional nəqliyyat kommunikasiyalarının açılması prosesi və bunun yaratdığı yeni imkanlar barədə də fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az