“Bloomberg”: Oman Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq etməyi nəzərdən keçirir

2026/06/1782384258.jpg
Oxunub: 158     22:52     26 İyun 2026    
Oman Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq edilməsi imkanını araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Oman Sultanlığı avropalı rəsmilərə bildirib ki, son münaqişələrdən əvvəl mövcud olmuş gəmiçilik rejiminə qayıdış artıq mümkün görünmür.

Agentliyin məlumatına əsasən, Oman tərəfi eyni zamanda beynəlxalq dəniz hüququnun normalarına riayət etməyə davam edəcəyini vurğulayıb.

Bununla yanaşı, gəmilərin müşayiət olunması və mümkün çirklənmənin nəticələrinin aradan qaldırılması kimi xidmətlər üçün ödənişlərin tətbiqi variantı nəzərdən keçirilir.

“Bloomberg” qeyd edir ki, bu ödənişlərin məcburi, yoxsa könüllü xarakter daşıyacağı hələlik dəqiqləşməyib.

Eyni zamanda ABŞ, Avropa ölkələri və Fars körfəzi dövlətləri Oman və İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazından keçid üçün ödənişlərin toplanmasına yönəlmiş birgə mexanizm yarada biləcəyi ehtimalından narahatlıq keçirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Hörmüz  


Bizi "telegram"da izləyin