Meksika Venesuelanın zəlzələdən zərər çəkmiş bölgələrinə humanitar yardım göndərib

2026/06/1782500186.jpg
Oxunub: 163     22:55     26 İyun 2026    
Meksika Venesuelada güclü zəlzələlərdən zərər çəkmiş bölgələrə humanitar yardım göndərməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum məlumat verib.

O bildirib ki, Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges ilə telefon danışığı apararaq təbii fəlakət nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib və Meksikanın yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Şeynbaumun sözlərinə görə, Meksika artıq zərər çəkmiş bölgələrə humanitar yardım göndərir və əlavə ehtiyacların qiymətləndirilməsini davam etdirir.

Prezident vurğulayıb ki, Meksika çətin dövrlərdə dost ölkələrlə həmrəyliyini hər zaman nümayiş etdirir.

Zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin episentri Yarakuy əyalətində bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Əsas zərbədən sonra 214 afterşok baş verib.

Son məlumata görə, təbii fəlakət nəticəsində 589 nəfər həlak olub, 3 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin