SEPAH İranla ABŞ arasında Hörmüz boğazı üzrə “qaynar xətt” yaradılması barədə xəbərləri təkzib edib

2026/06/1782221797.jpg
Oxunub: 165     22:56     26 İyun 2026    
İran hərbçiləri Tehran və Vaşinqton arasında Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı birbaşa əlaqə xəttinin yaradıldığı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu “Al Jazeera” telekanalına açıqlamasında bildirib.

Bəyanatda vurğulanıb ki, amerikalı rəsmilərin belə bir əlaqə xəttinin mövcudluğu barədə iddiaları uydurmadır.

İslam İnqilabı Keşikçiləri Korpusu qeyd edib ki, Hörmüz boğazı İranın yurisdiksiyasına daxildir və ABŞ-nin bununla heç bir əlaqəsi yoxdur.

Həmçinin bildirilib ki, Vaşinqtonla bu məsələ üzrə heç bir əlaqə xətti yaradılmayıb və gələcəkdə də yaradılmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin