Rütte: "NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər"

2026/05/1780067398.jpg
Oxunub: 178     21:04     26 İyun 2026    
Ankarada keçiriləcək NATO sammiti (7-8 iyul) Haaqadakı görüşdən daha əhəmiyyətli ola bilər, çünki orada artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Vaşinqtonda Atlantik Şurasının tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ankarada yeni öhdəliklər əvəzinə, artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq. Rütte qeyd edib ki, sammitin uğuru müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq, silah istehsalını çoxlatmaq və Ukraynaya dəstəyi davam etdirmək üçün nə dərəcədə etibarlı bir trayektoriya təsdiqləyə bilməsindən asılı olacaq.

"Nəticə etibarilə, Putin (Rusiya Prezidenti Vladimir Putin - Qeyd) öhdəliklərdən qorxmur. O, bu öhdəlikləri yerinə yetirməkdən qorxur. Biz məhz bunu edirik", - deyə Baş katib bildirib.

Onun sözlərinə görə, əsas vəzifə Moskvaya NATO-nun hər hansı bir hücum halında özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək olaraq qalır.

Rütte həmçinin vurğulayıb ki, müttəfiqlər arasında fikir ayrılıqlarına baxmayaraq, alyans əsas qərarlar qəbul edərkən daim birliyi qoruyur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin