BƏƏ raket təhlükəsi xəbərdarlıqlarının texniki nasazlıq səbəbindən göndərildiyini açıqlayıb

2026/03/thumb-1773301421.jpg
Oxunub: 191     20:32     26 İyun 2026    
Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti əhaliyə göndərilmiş raket təhlükəsi ilə bağlı xəbərdarlıqların texniki nasazlıq nəticəsində yayımlandığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların və Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, yaranmış problem aidiyyəti xidmətlər tərəfindən aradan qaldırılıb və vətəndaşlardan yaşanan narahatlığa görə üzr istənilib.

Bildirilib ki, regionda artan gərginlik fonunda ölkədə daha əvvəl həyəcan siqnalları qeydə alınıb və bu, gündəlik həyata, eləcə də xəbərdarlıq sistemlərinin fəaliyyətinə müəyyən təsir göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Raket   Xəbərdarlıq  


Bizi "telegram"da izləyin