Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu “Al Jazeera” telekanalına açıqlamasında bildirib.
Bəyanatda vurğulanıb ki, amerikalı rəsmilərin belə bir əlaqə xəttinin mövcudluğu barədə iddiaları uydurmadır.
İslam İnqilabı Keşikçiləri Korpusu qeyd edib ki, Hörmüz boğazı İranın yurisdiksiyasına daxildir və ABŞ-nin bununla heç bir əlaqəsi yoxdur.
Həmçinin bildirilib ki, Vaşinqtonla bu məsələ üzrə heç bir əlaqə xətti yaradılmayıb və gələcəkdə də yaradılmayacaq.
Sevinc Əliyeva
Ordu.az