Peskov: “Putin və Paşinyan danışıqları səhər yeməyi zamanı “təkbətək” formatda davam etdirəcəklər”

2025/12/1766226918.jpg
Oxunub: 483     13:57     01 Aprel 2026    
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya-Ermənistan danışıqlarından sonra ünsiyyəti işçi səhər yeməyi arxasında “təkbətək” formatda davam etdirəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan Moskvada işgüzar səfərdədir və bu səfər çərçivəsində ikitərəfli danışıqların keçirilməsi planlaşdırılıb.

“Bu gün Rusiya-Ermənistan danışıqları baş tutacaq. Daha sonra iki lider ünsiyyəti işçi səhər yeməyi zamanı təkbətək formatda davam etdirəcəklər”, - deyə Peskov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin   Paşinyan  


Bizi "telegram"da izləyin