İran müharibəsi Avrozonada inflyasiyanı sürətləndirib

2026/03/1774957988.jpg
Oxunub: 353     15:26     31 Mart 2026    
İran münaqişəsi, Hörmüz boğzasında neft daşımalarında yaranan fasilələlər və bu hadisələr zəncirinin yaratdığı qlobal enerji şoku fonunda Avrozonada istehlak qiymətlərində sürətli artım müşahidə olunmaqdadır.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” telekanalı “Eurostat”a istiadən məlumat verir.

Məlumata görə, hazırda vahid valyuta zonasında 2022-ci ilin oktyabrından bəri ən yüksək inflyasiya tempi qeydə alınıb.

Bir ay əvvəl enerji avrozonada inflyasiyanın aşağı səviyyədə qalmasına dəstək olurdu. Fevral ayında enerji qiymətləri illik ifadədə 3,1% azalmışdı və ümumi inflyasiya səviyyəsi 1,9% olmaqla Avropa Mərkəzi Bankının 2%-lik hədəfi civarında idi. Daha sonra İran müharibəsinin başladı və bu istehlak qiymətlərinin artımına əhəmiyyətli dərəcədə təsir göstərdi.

“Eurostat”ın çərşənbə axşamı yayımladığı ilkin hesabata əsasən, Avrozonada illik inflyasiya mart ayında 2,5%-ə yüksəlib. Hərçənd fevralda bu göstərici illik ifadədə 1,9% təşkil edirdi.

Enerji şoku 2022-ci ildən bəri ən sürətli aylıq inflyasiya artımına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Avrozona  


Bizi "telegram"da izləyin