Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, belə bir təyyarə təxminən 31 min kvadrat kilometr ərazi üzərində hava müşahidəsi apara bilir. Analitiklərin fikrincə, 17 ədəd E-3 təyyarəsindən ibarət park ABŞ üçün ciddi strateji üstünlükdür.
Qeyd olunur ki, zədələnmiş təyyarənin fotoları sosial şəbəkələrdə bir neçə gün əvvəl yayılmağa başlayıb. CNN onların yerləşdiyi yeri, Səudiyyə Ərəbistanının mərkəzi hissəsində yerləşən aviabazanı müəyyənləşdirib.
“AWACS-in itkisi ABŞ-nin kəşfiyyat imkanlarına ciddi zərbədir”, - deyə CNN-ə açıqlamasında ABŞ HHQ ehtiyatda olan polkovniki, hərbi ekspert Sedrik Leyton bildirib.
Sevinc Əliyeva
Ordu.az