Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri Massaçusets Universitetinin keçirdiyi araşdırmaya istinadən yazır.
Sorğunun nəticələrinə görə, respublikaçı prezidentin fəaliyyətini vətəndaşların cəmi 33%-i dəstəkləyir, 62%-i isə onun həyata keçirdiyi siyasətdən narazıdır. Eyni zamanda sorğuda iştirak edənlərin 53%-i ölkənin mövcud siyasəti ilə bağlı “kəskin narazılıq” ifadə edib.
Oxşar mənzərə xarici siyasət məsələlərində də müşahidə olunur: amerikalıların yalnız 29%-i prezidentin İrana qarşı atdığı addımları dəstəkləyir, 63%-i isə onun Yaxın Şərqdə apardığı siyasəti mənfi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az